Millard Fillmor | |
---|---|
ing. Millard Fillmore | |
| |
9 iyul 1850 – 4 mart 1853 | |
Vitse-prezident | olmayıb |
Əvvəlki | Zakari Teylor |
Sonrakı | Franklin Pirs |
4 mart 1849 – 9 iyul 1850 | |
Prezident | Zakari Teylor |
Əvvəlki | Corc Dallas |
Sonrakı | Uilyam Kinq (1853-dən) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sammerhil, Nyu-York, ABŞ |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Buffalo, Nyu-York, ABŞ |
Vəfat səbəbi | insult[1] |
Dəfn yeri | |
Partiya |
Anti-mason partiyası Viqlər partiyası Amerika partiyası |
Təhsili | Nyu Houp Akademiyası |
Fəaliyyəti | siyasətçi, vəkil, dövlət xadimi |
Atası | Nataniel Fillmor |
Anası | Feb Millard |
Həyat yoldaşları |
1) Ebiqeyl Fillmor 2) Kerolin Karmaykl Makintoş Filmor |
Uşaqları |
oğlu: Millard Pauers Fillmor qızı: Meri Ebigeyl Filmor |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Millard Fillmor (ing. Millard Fillmore; 7 yanvar 1800[3][4][…] – 8 mart 1874[3][4][…], Buffalo, Nyu-York ştatı[5][2] ) — Amerika Birləşmiş Ştatlarının 13-cü prezidenti (1850-1853) və 12-ci vitse-prezidenti (1849-1850). Zakari Teylor vəfat edən günün səhəri, 1850-ci il iyunun 10-da vitse-prezident Millard Fillmor prezident səlahiyyətlərinin icrasına başladı. Sələfindən fərqli olaraq uzunmüddətli siyasi təcrübəyə malik Fillmor ənənəvi yolla çətin ki, prezident seçilərdi. Viqlər partiyasının liderləri ilə sıx əməkdaşlıq edərək daxili və xarici siyasətdə bəzi uğurlar qazanmasına baxmayaraq onun ikinci müddətə prezident seçilməsi üçün heç bir şansı olmamışdır. Fillmor 1856-cı il prezident seçkilərində iştirak etsə də uğur qazana bilməmişdir.